Press "Enter" to skip to content

Rəqəmsal həllərin geniş tətbiqi vacibdir

Qasım-Jomart Toqayev

Qasım-Jomart Toqayev: Qazaxıstan üçün Transxəzər nəqliyyat marşrutunun inkişafı da mühüm əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “Qazaxıstan üçün Transxəzər nəqliyyat marşrutunun inkişafı da mühüm əhəmiyyət kəsb edir. Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə nəzərəçarpacaq gəlir, infrastruktur sahəsinə yeni investisiyalar gətirməli, həm də keyfiyyətli iş yerləri yaratmalıdır”.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev “Süni intellekt dövründə Qazaxıstan: aktual vəzifələr və onların rəqəmsal transformasiya vasitəsilə həlli” mövzusunda xalqa müraciətində deyib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, dövlət başçısı bildirib ki, bunun üçün rəqəmsal həllərin geniş tətbiqi vacibdir: “Çünki onsuz effektivliyə nail olmaq mümkün deyil. Regionun nəqliyyat bağlılığı məsələləri ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Bu barədə indi çox danışılır, o cümlədən beynəlxalq forumlarda da. Böyük tranzit ərazisi olan Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət kəsb edir.”

Mission News Theme by Compete Themes.