BAYRAQDAR MEDİA – UNESCO-nun Dünya İrsinin Müvəqqəti Siyahısında yer alan və tarixi eramızdan əvvəl 3000-ci illərə qədər uzanan Burdurun Ağlasun rayonundakı Sagalassos Antik Şəhərində daha bir tarixi abidə yenidən bərpa edilir. Burdur Mehmet Akif Ersoy Universiteti Arxeologiya Bölümü tərəfindən iki ildir aparılan qazıntılar nəticəsində Hadrianus Çeşməsi bərpa edilir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “Hadrianus çeşməsi iki mərtəbəli və 20 metr hündürlükdədir, ön tərəfi agora meydanına, arxa tərəfi Odeona baxır. Çalışmalar tamamlandıqda yalnız çeşmə deyil, ətraf sahə də “Gələcəyə Mirasa” layihəsi çərçivəsində turizmə təqdim ediləcək”.
Məlumata görə, 2010-cu ildə su ilə təmin olunan 1844 illik Antoninlər çeşməsindən sonra, bu dəfə Roma imperatoru Hadrianusa ithafən inşa edilmiş 1892 illik Hadrianus çeşməsi üzərində işlər sürətləndirilib: “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Sagalassos Qazıntı Rəhbəri Prof. Dr. Şükrü Özüdoğru koordinasiyasında 4 arxeoloq, 1 memar, 1 restavrator və 23 işçidən ibarət heyət çeşmənin bərpası üçün fasiləsiz çalışır. Çeşmənin gələn il su ilə təmin edilməsi hədəflənir”.





