BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 8 ayında 300 minə yaxın şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “onlardan 109 min şəxs münasib işlərlə təmin olunub, 14,6 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Yanvar-avqust aylarında 11 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 164,2 min şəxsə peşəyönümü xidmətlər göstərilib”.





