BAYRAQDAR MEDİA – Anadolu Universiteti 2025–2026-cı tədris ilinə Yunus Emrenin ümumbəşəri dəyərlərini yaşatmaq və gələcək nəsillərə ötürmək hədəfi ilə başlayır. Universitet Senatının qərarına əsasən bu il “Yunus Emre Tədris İli” elan edilib.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzel qərarın əhəmiyyətinə toxunaraq deyib: “Yunus Emre Anadolunun və bəşəriyyətin ortaq dəyəri olan bir sufi və xalq şairi kimi tolerantlığı, sülhü və sevgini ən sadə formada ifadə etmişdir. Biz də Anadolu Universiteti olaraq bu dəyərləri yeni nəsillərə ötürməyi, tələbələrimizin yalnız akademik uğurlarına deyil, həm də insani və mədəni inkişaflarına töhfə verməyi hədəfləyirik. ‘Yunus Əmrə Tədris İli’ bu missiyanı daha güclü şəkildə həyata keçirməyimizə imkan verəcək.”
Məlumatda deyilir ki, akademik il açılışı 22 sentyabr bazar ertəsi günü Ahmet Adnan Sayqun tərəfindən bəstələnmiş və Yunus Emre şeirlərinə əsaslanan ilk türk dilində oratoriya – “Yunus Emre Oratoriyası” ilə keçiriləcək: “Tədbir Eskişehir Böyükşəhər Bələdiyyəsinin Atatürk Mədəniyyət, İncəsənət və Konqres Mərkəzində olacaq. Konsertdə Anadolu Universiteti Simfonik Orkestri və Dövlət Çoxsəsli Xoru çıxış edəcək. Universitetdə il boyu konsertlər, teatr tamaşaları, konfranslar, simpoziumlar, panellər və konqreslər də daxil olmaqla çoxsaylı mədəniyyət və incəsənət tədbirləri təşkil ediləcək”.





