Press "Enter" to skip to content

Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb

BAYRAQDAR MEDİA – Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Qazaxıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib. MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əməkhaqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb”.

Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.