Press "Enter" to skip to content

Bioloji aktiv qida məhsullarının qeydiyyatı prosesi elektronlaşdırılır

Bioloji aktiv qida məhsullarının qeydiyyatı prosesi elektronlaşdırılır

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemində “Bioloji aktiv qida məhsullarının qeydiyyatı” modulunun tətbiqinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ölkədə bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar bu məhsulların qanunvericiliyə uyğun qaydada qeydiyyata alınması üçün müraciətlərini həmin modul vasitəsilə Agentliyə ünvanlaya, eyni zamanda qeydiyyat prosedurunun mərhələləri üzrə müraciətlərinin icra vəziyyətini izləyə bilərlər”.

Qeyd edirik ki, 2024-cü il 13 mart tarixindən etibarən 1 min 545 adda məhsul qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Qeydiyyat müddəti 5 ildir.

Mission News Theme by Compete Themes.