Press "Enter" to skip to content

Enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri

Görüş zamanı

ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan arasında görüş olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşününikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib: “Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib”.

Məlumata görə, Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb: “Azərbaycanın Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı “ExxonMobil” şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin “SOCAR Trading” vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivlər nəzərdən keçirilib”.

Xəbərə əsaəsn, görüşdə karbohidrogen və bərpa olunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya enerji bağlantılarını təmin edəcək “yaşıl enerji dəhliz”ləri layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib.

Mission News Theme by Compete Themes.