BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi 2025-ci ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilkin yardım” göstərilib”.
Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.





