Press "Enter" to skip to content

Nazım Çavuşoğlu, YÖK sədri Özvar ilə görüşüb

Görüşdən foto

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu Ankarada YÖK-un sədri professor doktor Erol Özvar ilə görüşüb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, görüşdə KKTC–Türkiyə ali təhsil əməkdaşlığını və 2019-cu ildə imzalanmış müqavilənin yenilənməsini müzakirə edib: “Həmçinin Türkiyədə təhsil alan və alacaq KKTC-lilərlə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa 2019-cu ildə imzalanmış ali təhsil əməkdaşlığına dair müqavilənin bu günün şərtlərinə uyğun şəkildə yenilənməsi müzakirə olunub”.
Nazir bu günədək həyata keçirilmiş əməkdaşlıqlardan və əldə olunan müsbət nəticələrdən məmnunluğunu bildirərək təşəkkür edib.

YÖK sədri Erol Özvar isə ŞKTC-nin “universitet adası” olması istiqamətindəki təşəbbüslərə dəstəyin davam edəcəyini söyləyib: “Biz bilirik ki, elm və təhsil hər cür embarqonun qarşısını açacaq”.

Mission News Theme by Compete Themes.