Press "Enter" to skip to content

Azərbaycan və Pakistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər cari ilin 24 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş”i məmnunluqla xatırlayıblar. Bildirilib ki, bu Saziş bitki sağlamlığı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, dövlət nəzarəti altında olan malların idxal və ixrac prosedurlarının sadələşdirilməsinə, bitki xəstəliklərinin qarşısının alınmasına və mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir. 2025-ci ilin avqust ayından isə Pakistanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi Agentlik tərəfindən tanınıb. Bu qərar ixracın genişləndirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradıb”.

Görüşdə həmçinin Pakistandan Azərbaycana heyvan mənşəli məhsulların idxalının həyata keçirilməsi məqsədilə baytarlıq sertifikatlarının razılaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.