BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “bu barədə BDU Elmi Şurasının 2025/2026-cı tədris ilində ilk iclasında qərar qəbul olunub. Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır”.





