BAYRAQDAR MEDİA – Bilecik mərkəzinə bağlı Kurtköy kəndində istehsalçılar üçün qorxuya çevrilmiş qabanlara qarşı ov təşkil edilib. Kurtköy Ovçuluq və Atıcılıq Klubunun üzvləri və digər ovçuların iştirakı ilə keçirilən genişmiqyaslı ovda 300 kiloqramlıq nəhəng qaban vurulub.
Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, ovçular bildiriblər ki, əvvəlcə qaban itlər tərəfindən qaldırılıb, daha sonra izinə düşülüb və atəş açmaq üçün münasib şərait yarandığında vurulub.
Kəndlilər məhsullarına tez-tez zərər verən nəhəng qabanın vurulması ilə rahat nəfəs aldıqlarını deyiblər.





