Press "Enter" to skip to content

Mariya Filipova yeni Ombudsman müavini seçilib

Bolqarıstan parlamenti

BAYRAQDAR MEDİA – Bolqarıstan Xalq Məclisində keçirilən səsvermədə istehlakçıların hüquqlarını müdafiə komissiyasının sədri Mariya Filipova Bolqarıstan Respublikasının Ombudsman müavini seçilib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, 128 “lehinə”, 56 “əleyhinə” və 6 “bitərəf” səslə qəbul edilən Filipova GERB-SDS, “DPS-Novo Naçalo”, BSP, İTN və heç bir fraksiyaya aid olmayan dörd millət vəkilinin dəstəyini alıb: “Əleyhinə səs verənlər isə PP-DB, MEÇ və “Veliçie” partiyasının üzvləri olub. APS deputatları isə iki yerə bölünüb – bir qismi əleyhinə səs verib, digərləri isə bitərəf qalıb. BNR müxbiri Mariya Filevanın bildirdiyinə görə, “Vızrajdane” səsvermədə iştirak etməyib”.

Mission News Theme by Compete Themes.