Press "Enter" to skip to content

Simit qiymətinin artımı təxirə salınıb

Simit

BAYRAQDAR MEDİA – Ötən həftə Ankarada simit qiymətlərinə artım olmuş, 15 lirədən 20 lirəyə qaldırıldığı açıqlanmışdı. Lakin yayılan son məlumatlara görə Ankara da daxil olmaqla 4 şəhərdə nəzərdə tutulan bu qiymət artımı 2026-cı ilin yanvar ayına qədər təxirə salınıb.

Bu barədə haberankara.com məlumat yayıb.

Məlumata görə, açıqlama Ankara, İstanbul, Bursa və İzmir şəhərlərindəki piroqçu, simitçi və çörekçilərin daxil olduğu esnaf birliklərinin sədrləri tərəfindən edilib: “Birgə açıqlamada qiymət artımının 2026-cı ilin yanvarına qədər ertələndiyi bildirilib. Məlumatda, birliklərə minlərlə müraciət daxil olduğu və simit qiymətlərinin vətəndaşların gündəlik həyatına ciddi təsir etdiyi qeyd olunub”.

Məlumatda artan xərclərə görə ötən həftə simit qiymətlərinin 15 lirədən 20 lirəyə qaldırılması qərarının qəbul edildiyi xatırladılaraq belə deyilib:

“Lakin Ticarət Nazirliyimizlə aparılan məsləhətləşmələr nəticəsində vətəndaşlarımızın alım gücü nəzərə alınaraq bu qiymət artımının yanvar ayına qədər təxirə salınmasına yekdilliklə qərar verilmişdir.”

Mission News Theme by Compete Themes.