BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 10-11 sentyabr 2025-ci il tarixlərində “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.
Təlim Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Tural İsgəndərov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün keçirilib.
DİM-in məlumatına əsasən, təlim zamanı iştirakçılar ünsiyyət bacarıqlarının əhəmiyyəti, Shennon Viver modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir etmə üsulları, ünsiyyət qurularkən məlumatın qəbul olunması, görüşlərdə yönləndirici ünsiyyət və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.





