BAYRAQDAR MEDİA – Nizami rayonunda talama cinayətləri baş verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2 min 235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Bu barədə zərərçəkənlər polisə məlumat veriblər. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.Süleymanova və N.Abdullayev saxlanılıblar”.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





