Press "Enter" to skip to content

Vətəndaşların əmlakını talayan şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Nizami rayonunda talama cinayətləri baş verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2 min 235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Bu barədə zərərçəkənlər polisə məlumat veriblər. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.SüleymanovaN.Abdullayev saxlanılıblar”.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mission News Theme by Compete Themes.