BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr olunmuş yeni endirim kampaniyasına başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Kampaniya çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə aviabiletləri 35 faizədək endirimlə əldə edə bilərlər. Təklifdən yararlanmaq üçün biletləri 15 – 30 sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir. Endirim 1 – 31 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda 35 faizədək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə 25 faizədək tətbiq olunur. Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil edilir, lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna olunur”.
Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar.





