Press "Enter" to skip to content

İşdən qanunsuz çıxarılmış 48 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Gecikdirilmiş 349 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib: “Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar”.

Mission News Theme by Compete Themes.