BAYRAQDAR MEDİA – AK Partinin sədr müavini Kürşad Zorlu İğdırda partiya üzvləri ilə bir araya gəlib. Türkiyənin iqtisadi və siyasi nailiyyətlərini dəyərləndirən K.Zorlu, inflyasiyanın artıq 14 aydır ardıcıl olaraq azaldığını və Mərkəzi Bankın ehtiyatlarının 170 milyard dollardan yuxarı qalxdığını vurğulayıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, K.Zorlu deyib ki, “Türkiyə Yüzyılı” vizyonu qətiyyətlə davam edir: “2026 hədəflərimizi xalqımızın dəstəyi ilə həyata keçirəcəyik. Bu proses yalnız iqtisadi göstəricilərlə məhdud deyil, həm də Türkiyənin regional və qlobal miqyasda yeni bir güc mərkəzinə çevrilməsinin ifadəsidir.”
Çıxışının sonunda isə K.Zorlu 2028-ci il seçkilərinə toxunaraq bildirib: “Seçkilər 2028-ci ildə keçiriləcək.
Cənab Prezidentimiz bir daha seçiləcək. AKP-nin bayrağı Türkiyənin hər yerində dalğalanacaq. Xalqımızın dəstəyi ilə bu vizyonu birlikdə inşa edəcəyik.”





