Press "Enter" to skip to content

Quraqlıq qorxulu həddə çatdı

Quraqlıq

BAYRAQDAR MEDİA – Çifteler və bölgənin əsas həyat damarlarından biri olan Sakaryabaşı son illərdə baş verən quraqlıq səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Rayonun içməli, şəbəkə və suvarma suyu kimi istifadə etdiyi Sakaryabaşı mənbəyi son iki ildə tamamilə quruma nöqtəsinə gəlib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Sakarya çayının əsasını götürdüyü Sakaryabaşını Çifteler bələdiyyə başqanı Zehra Konakçı ilə birlikdə ziyarət edən CHP Eskişehir millət vəkili Utku Çakırözer bildirib:“Sakaryabaşı siyasətdən üstündür. Valilik, DSİ, bələdiyyələr – kim gücü çatırsa – hamımız bir araya gələk, Sakaryabaşının bu qurumuş, üzücü vəziyyətini birlikdə aradan qaldıraq”.

O, həmçinin “əl-ələ verərək Sakaryabaşını yenidən əvvəlki günlərinə qaytaraq. Çünki başqa Sakaryabaşı yoxdur. Sakaryabaşını yaşatmaq yalnız bu günün deyil, həm də sabahın məsuliyyətidir.”deyə əlavə edib.

Mission News Theme by Compete Themes.