BAYRAQDAR MEDİA – Türkiyənin hakim AK Partinin sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu İğdıra səfər edərək şəhərdə bir sıra görüşlər keçirib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, “Türkiyə Yüzyılı Görüşləri” çərçivəsində partiyasının İğdır İl Başqanlığını ziyarət edən G.Zorlu burada “Üç mərhələ toplantısı”na qatılıb, daha sonra isə İğdır Valiliyinə gedib. Vali Ercan Turan tərəfindən qarşılanan Zorlu bir müddət valilikdə görüş keçirib: “Daha sonra Atatürk prospektindəki sahibkarlarla görüşən G.Zorlu vətəndaşlarla söhbət edib. O, həmçinin xüsusi restoranda təşkil edilən “İctimaiyyət nümayəndələri ilə görüş” toplantısında iştirak edərək şəhərin ağsaqqalları ilə fikir mübadiləsi aparıb. Görüşlərindən sonra hava yolu ilə İğdırdan ayrılan Zorlu səfər çərçivəsində mühüm bəyanatlar verib”.





