Press "Enter" to skip to content

Şamaxıda növbəti “Bootcamp”

Şamaxıda növbəti “Bootcamp”

BAYRAQDAR MEDİA – Şamaxı rayonunda keçirilən Üzüm və Şərab Festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə həsr olunmuş növbəti “Bootcamp” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır. “Bootcamp” çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun tələbələrlə görüşü keçirilib. Görüşdə M.Məmmədov bildirib ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da müasir, süni intellekt əsaslı texnologiyaların tətbiqi bu sahənin inkişafını təmin edən əsas amillərdən birinə çevrilib. Gənclərin aqrar sahədə tətbiqi üçün nəzərdə tutulmuş startap layihələrinin nazirlik tərəfindən hər zaman dəstəkləndiyini bildirən nazir “Bootcamp” iştirakçılarına uğurlar arzulayıb”.

Daha sonra “Bootcamp” iştirakçıları müəllifləri olduqları layihələrlə bağlı təqdimatlar ediblər. Aqrar sahəyə dair irəli sürülən təşəbbüslər ətrafında geniş müzakirələr aparılıb, yeni çağırışlara uyğun startap layihələrinin, təqdim olunan modellərin daha da təkmilləşdirilməsi istiqamətində tələbələrə tövsiyələr verilib.

Mission News Theme by Compete Themes.