BAYRAQDAR MEDİA – Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu zəlzələdən sonra böyük zərər görən Malatya-Gölbaşı-Narlı-Nurdağı dəmir yolu xəttinin 15 sentyabr 2025-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bu barədə malatyasonsoz.com.tr saytı məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin fevralən 6-da baş verən zəlzələnin 11 əyalətdən keçən ümumilikdə 1275 kilometrlik dəmir yolu xəttinə ağır zərər vurduğunu xatırladan Uraloğlu, dəmir yolu xidmət qruplarının sürətli reaksiyası ilə bölgədə axtarış-xilasetmə və yardım işlərinə böyük dəstək göstərildiyini bildirib.
İlkin yoxlamalardan sonra ümumilikdə 1232 kilometrlik xəttin təcili istifadə və yardım qatarları üçün açıldığını qeyd edən nazir, 2023 və 2024-cü illərdə zəlzələ bölgəsindəki dəmir yollarına 18,8 milyard lirə investisiya qoyulduğunu, 2025-ci ildə isə əlavə 5 milyard lirəlik sərmayə ilə bu rəqəmin 23,8 milyard lirəyə çatdırıldığını vurğulayıb.





