Press "Enter" to skip to content

İğdır Universitetində “Nəqliyyat xidmətləri maarifləndirmə toplantısı”

Təlimdən xatirə fotosu

BAYRAQDAR MEDİA – İğdır Universitetində şəhər və kampus arasında sərnişin daşıyan marşrut avtobuslarının sürücülərinə yönəlik “Nəqliyyat xidmətləri maarifləndirmə toplantısı” təşkil olunub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, Karaağaç Kampusu 15 İyul Şəhidləri Konfrans zalında keçirilən toplantıya prorektor Prof. Haktan Sevinç rəhbərlik edib: “İğdır bələdiyyə sədrinin müavini Nesim Yiğit, universitetin baş katibi Ahmet Kızılkurt və çoxsaylı sürücülər iştirak ediblər”.

Məlumata əsasən, toplantıda akademiklər prof. Gülbuğ Erol, müəllim Hakan Güngör və Mehmet Karaman təqdimatlar ediblər: “Mövzular arasında təhlükəsiz və rahat daşınma, yol hərəkəti qaydalarına riayət, sərnişin təhlükəsizliyi və ünsiyyət məsələləri olub. Sürücülərin qarşılaşdıqları problemlər barədə təklifləri də dinlənilib. Rektor Prof. Ekrem Gürel toplantıya göndərdiyi mesajda iştirakçılara salamlarını çatdıraraq sosial həyatın yaxşılaşdırılması və nəqliyyat imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağını bildirib. O, sürücülərin tələbə və işçilərə daha diqqətli, təhlükəsiz və şüurlu xidmət göstərməsinin vacibliyini vurğulayıb”.

Mission News Theme by Compete Themes.