BAYRAQDAR MEDİA – AK Parti sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu, Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, Naxçıvan təbii qaz kəmərinin açılışını tarixi bir dönüş nöqtəsi adlandırıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayaıb.
Məlumata görə, K.Zorlu bildirib ki, Naxçıvanın enerji ehtiyacı artıq təminat altındadır: “Bu, yalnız enerji sahəsində deyil, qardaşlıq bağlarımızı möhkəmləndirən tarixi bir addımdır. Naxçıvandan Orta Asiyaya, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq böyük bir logistika və enerji dəhlizi həyata keçir. Bu marşrut türk dünyasını bir-birinə bağlayan strateji bir körpü olacaq.”
O, həmçinin İğdırın da bu prosesdə mühüm rol oynadığını qeyd edərək deyib:“Türk dünyasının Türkiyəyə açılan qapısı Naxçıvandırsa, Türkiyənin də türk dünyasına açılan qapısı İğdırdır.”





