BAYRAQDAR MEDİA – 744-cü Söğüt Ertoğrul Gazini Anma və Yörük Şənlikləri çərçivəsində Jandarma Baş Komandanlığının “Çelik Kanatlar” (Polad Qanadlar) Tim(i) tərəfindən “Üzüm Salxımı” adlı nümayiş keçirilib.
Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “helikopterlərin və hərbçilərin göy üzündə təqdim etdiyi şou tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, izləyənləri heyran qoyub.Vətəndaşların mobil telefon kameralarına çəkdiyi həmin anlar dostlara güvən, düşmənlərə isə qorxu hissi yaşadıb”.
Məlumata görə, “Üzüm salxımı” nümayişi mərasim meydanında alqış tufanı ilə qarşılanarkən, türk əsgərinin möhtəşəm çıxışı həm qürur hissi doğurub, həm də böyük təqdir toplayıb.





