Press "Enter" to skip to content

Antalyaya “Kənd təsərrüfatı texnoparkı” müjdəsi

Antalyaya “Kənd təsərrüfatı texnoparkı” müjdəsi

BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Türkiyənin ən böyük, dünyanın isə sayılı kənd təsərrüfatı texnoparklarından birini Antalyada yaradır.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, Antalyada Akdeniz Universiteti kampusunda yerləşən Qərbi Aralıq Texnoparkı Texnologiya İnkişafı Zonası üçün əlavə ərazi kimi nəzərdə tutulan “Kənd təsərrüfatı texnoparki” layihəsinə dair Prezident qərarı “Rəsmi Qəzet”də yayımlanıb. Qərara əsasən, texnopark Antalya Texnoparkın TİZ (Texnologiya İnkişafı Zonasına) əlavə ərazi elan edilib.

Prezidentin qərarı ilə TİZ əlavə ərazisi elan edilən Aksu rayonundakı 1100 dekarlıq böyük sərmayə, Antalyanı kənd təsərrüfatı texnologiyaları və innovasiyada yalnız Türkiyənin deyil, Aralıq hövzəsinin də ən güclü mərkəzlərindən birinə çevirəcək.

Mission News Theme by Compete Themes.