BAYRAQDAR MEDİA – Başkent Universitetinin tələbələri Karsın Ani Ören Yerində aparılan qazıntı işlərində iştirak ediblər. Qazıntılarda müxtəlif bölgələrdən və universitetlərin müxtəlif fakültələrindən könüllülər də iştirak edir.
Universitetin məlumatına əsasən, bu mərhələdə xüsusilə Səlcuq dövrünə aid Böyük Hamam, Bazar və yaşayış evlərinin yerləşdiyi sahələrə diqqət yetirilir. Bundan başqa, Səlcuq qəbiristanlığında genişmiqyaslı tədqiqat aparılır: “Başkent Universiteti Hüquq fakültəsinin II kurs tələbəsi Zehra Ebru Polat təəssüratlarını belə bölüşüb:
“Başkent Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. İlkələrin şəhəri adlanan Ani Ören Yerində könüllü qazıntı işlərinə qatıldım. Min il əvvəl Sultan Alp Arslanın fəth etdiyi bu torpaqlarda işləmək çox həyəcanvericidir.”





