Press "Enter" to skip to content

BDYPİ-dən yağıntılı hava şəraiti ilə bağlı müraciət

BDYPİ-dən yağıntılı hava şəraiti ilə bağlı müraciət

BAYRAQDAR MEDİA – Azərbaycanın əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə deyilir ki, “BDYPİ bir daha xəbərdar edib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar. Piyadalara xatırladılıb ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar. BDYPİ bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə alaraq diqqətli olmağa və qaydalara ciddi şəkildə əməl etməyə çağırıb”.

Mission News Theme by Compete Themes.