Press "Enter" to skip to content

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi – VİDEO

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni ifa edilib. Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb”.

Ardınca xəbərdə, “qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir. Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb” deyə qeyd olunur.

Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.