Press "Enter" to skip to content

Dünyada epizootik vəziyyət – VİDEO

Dünyada epizootik vəziyyət

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib”.

Mission News Theme by Compete Themes.