Press "Enter" to skip to content

Kütləvi tədbirlər zamanı qidaların daşınmasına dair tələblərə əməl olunmalıdır – VİDEO

Kütləvi tədbirlər zamanı qidaların daşınmasına dair tələblərə əməl olunmalıdır

BAYRAQDAR MEDİA – Kütləvi tədbirlər zamanı istehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə qida məhsullarının daşınmasına dair tələblərə riayət olunmalıdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qida məhsullarının daşınması zamanı keyfiyyət və təhlükəsizlik tam şəkildə qorunmalıdır. Tez xarab olan məhsullar yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır”.

Mission News Theme by Compete Themes.