Press "Enter" to skip to content

Avqustda 8 milyona yaxın tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 milyon 956 min 902 müraciət qeydə alınıb. Bunlardan 41 min 733-ü stasionar, 1 milyon 915 min 169-ü ambulator olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, avqust ayında göstərilən xidmət sayındaötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub: “Belə ki, ay ərzində 7 milyon 917 min 64 tibbi xidmət göstərilib. Onlardan 960 min 871-i stasionar, 6 milyon 956 min 193-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 milyon 239 min 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 min 752-si stasionar, 2 milyon 732 min 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 faiz artım qeydə alınıb”.

Avqust ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 31 min 2 olub. Onlardan 28 min 690 stasionar, 2 min 312 ambulatordur.

Mission News Theme by Compete Themes.