Press "Enter" to skip to content

Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb

KOBİA

BAYRAQDAR MEDİA– Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Birgə Biznes Şurası yaradılıb. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə KOBİA-dan məlumat verilib.

Məlumata görə, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməkl əölkələrimiz arasında iqtisadi münasibətlərinin kişafına töhfə verməkdir: “Yeni əməkdaşlıq platforması çərçivəsində iş adamları üçün qarşılıqlı investisiya imkanlarının öyrənilməsi, birgə layihələrin icrası və ixracın genişləndirilməsi üzrə müxtəlif tədbirlər həyata keçiriləcək”.

Biznes Şuraya hər iki ölkədən həmsədrlər rəhbərlik edəcək və burada iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlər təmsil olunacaqdır.

Mission News Theme by Compete Themes.