Press "Enter" to skip to content

“Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə şirkətin mövcud fəaliyyəti barədə məlumat verilib, tekstil istehsalı layihəsiistiqamətində əməkdaşlıq imkanları müzakirə olunub: “Bildirilib ki, ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Belə təşəbbüslər Azərbaycanda tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir”.

Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, eləcə də şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri Azərbaycanda da bu sahəyə investisiya qoyuluşları üçün geniş imkanlar açır.

Mission News Theme by Compete Themes.