Press "Enter" to skip to content

Iğdır Universitetindən ekoloji layihə

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Iğdır Universiteti təbiətə nəfəs olacaq mühüm bir ekoloji layihəyə imza atır. Şəhid Bülent Yurtseven Kampusunda həyata keçiriləcək layihə çərçivəsində 600 hektarlıq əraziyə 30 min fidan əkiləcək, 20 min toxum isə torpağa basdırılacaq.

Universitetin məlumatına əsasən, layihə, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Çölə Dönmə və Eroziya ilə Mübarizə İdarəsi tərəfindən icra olunacaq və 29 sentyabr 2025-ci ildə tender keçiriləcək.

Rektor professor Ekrem Gürel, prorektor professor Uğur Şimşek və Kənd Təsərrüfatı fakültəsinin müəllimi doktor Fatih Gökmenin rəhbərliyi ilə həyata keçirilən layihə həm eroziyanın qarşısını almağa, həm də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək.

Iğdır Universitetinin bu təşəbbüsü həm regional, həm də milli miqyasda nümunəvi ekoloji layihə kimi qiymətləndirilir.

Mission News Theme by Compete Themes.