Press "Enter" to skip to content

Iğdırda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş film nümayişi

Nümayiş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli doğumunun 140-cı ildönümündə Iğdırda keçirilən mənalı tədbirlə anılıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Türkiyə–Azərbaycan Dərnəyi Iğdır Şöbəsi və Azərbaycanın Karsdakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə 100-cü İl Xalq Kitabxanası Kiçik Kinozalında Hacıbəylinin ssenarisini yazdığı klassik musiqili komediya filmi “O olmasın, bu olsun” tamaşaçılara təqdim olunub: “Tədbirdə Azərbaycanın Kars Baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin prorektoru professor Uğur Şimşek, Türkiyə–Azərbaycan Dərnəyi Iğdır Şöbəsinin sədri İlteriş Taşkınsu, Iğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal, rəsmi şəxslər və çox sayda vətəndaş iştirak edib. Böyük maraqla izlənilən tədbirdə tamaşaçılara popkorn təqdim olunub”.

Məlumatda deyilir ki, film nümayişindən öncə çıxış edən İlteriş Taşkınsu Üzeyir Hacıbəylinin mədəni irsinə və əsərinin tarixi əhəmiyyətinə diqqət çəkib: “Təqdimatdan sonra söz alan Baş konsul Zamin Əliyev isə “O olmasın, bu olsun” filminin 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkildiyini və Azərbaycan kinosunun ilk rəngli tammetrajlı filmi olduğunu vurğulayıb. O, bu xüsusi nümayişin Hacıbəylinin 140 illiyinə həsr olunduğunu qeyd edib”.

Mission News Theme by Compete Themes.