Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb

Görüş zamanı

BAYRAQDAR MEDİA– İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, qörüşdə Azərbaycan və Almaniya arasında mövcud olandostluq və əməkdaşlıq münasibətləri vurğulanıb: “Qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamika üzrə davam etdiyi qeyd edilib. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, energetikavə digər prioritet sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycanda formalaşdırılmış əlverişli investisiya mühitibarədə məlumat verilib”.

Tərəflər Azərbaycan və Almaniya şirkətləri arasında qarşılıqlı əməkdaşlığın təşviqi, birgə investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər istiqamətlərdə işbirliyinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Mission News Theme by Compete Themes.