BAYRAQDAR MEDİA – “Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”nı məğlub etdi. Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ilk qələbəsi idi. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir”.
Bunu qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun X sosial media hesabındakı paylaşımında qeyd edib.
Qarabağda çəkilmiş bir videogörüntünün də əlavə edildiyi paylaşımda daha sonra deyilir: “Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəlinib! Qürurvericidir! Səmimiyyətlə təbrik edirəm”.





