Press "Enter" to skip to content

Nazir Monqolustanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Monqolustanın Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Monqolustanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonağı salamlayan nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, iki ölkə etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Nazir qeyd edib ki, bu baxımdan kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir”.

Daha sonra xəbərdə, “görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub. Q.Munxbayar ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər” deyə qeyd edilir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.