Press "Enter" to skip to content

TDT hökumət başçıları Bişkekdə toplaşır

TDT bayrağı

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hökumət başçıları və baş nazirləri sentyabrın 18-də Qırğızıstanın paytaxtı Bişkekdə bir araya gələcək.

Bu barədə Kırım Haber Ajansı məlumat yaydı.

Məlumata görə, toplantıda Türkiyəni təmsil edən Vitse-prezident Cevdet Yılmaz, Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Olcas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov və TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edəcəklər.

Geniş iclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Həmçinin fəaliyyət mexanizmlərinin daha da gücləndirilməsi məsələsi gündəmə gətiriləcək.

Bununla yanaşı, təşkil olunacaq müxtəlif görüşlər çərçivəsində Vitse-prezident C.Yılmazın həmsədrliyi ilə “12-ci dövr Qırğızıstan–Türkiyə Hökumətlərarası Qarışıq İqtisadi Komissiya Toplantısı” da keçiriləcək.

Mission News Theme by Compete Themes.