BAYRAQDAR MEDİA – Ankara Universiteti Nallıhan Peşə Məktəbində 2025–2026-cı tədris ilinin uyğunlaşma proqramı keçirilib. Proqrama yeni tələbələr və onların ailələri də qatılıb.
Univeristetin məlumatına əsasən, uyğunlaşma proqramı çərçivəsində xüsusilə yeni tələbələrə məktəb və Nallıhan haqqında geniş məlumat verilib. Nallıhanda tələbə olmağın üstünlükləri izah olunub. Tədbir həm faydalı, həm də səmərəli keçib.
Bu il Nallıhan Peşə Məktəbində 4 müxtəlif ixtisas proqramı üzrə təhsil veriləcək. Bildirilib ki, tələbələrin özlərini inkişaf etdirə biləcəkləri əlverişli mühit yaradılıb və yeni tələbələr, ailələri ilə sağlam ünsiyyət qurulub.





