BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, “həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib. 2025-ci ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.





