Press "Enter" to skip to content

AB ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Birliyinin (AB) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındanbiri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. AB ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeyd olunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.

Görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər AB-nin yeni qlobal əlaqələndirmə strategiyası olan “Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.