Press "Enter" to skip to content

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.   Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib. Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər”.

Sonra xəbərdə, “tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.