Press "Enter" to skip to content

AQTA-nın “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi

AQTA-nın "Sözdən əmələ keç, sağlam qidalanmanı seç!" layihəsi

BAYRAQDAR MEDİA – Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır. Bu dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə fast-food, şirniyyat və qazlı içkilərə üstünlük verir. Bu da artıq çəki və ümumi sağlamlıq problemlərinə səbəb yaradır. Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə də davam edir. Buna görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər”.

AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini də nəzərə alaraq addımlar atır və hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edib.

Mission News Theme by Compete Themes.