BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha sürücülərə xatırladıb ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır. Təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır. BDYPİ sürücülərə müraciət edərək bildirib ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir”.





