Press "Enter" to skip to content

Çinin nüfuzlu universitetlərinin tələbələri BDU-da təhsil alacaq

Çinin nüfuzlu universitetlərinin tələbələri BDU-da təhsil alacaq

BAYRAQDAR MEDİA – Çinin aparıcı ali təhsil müəssisələrindən olan Pekin Xarici Dillər Universiteti (PXDU) və Sun Yat-sen Universitetinin dörd tələbəsi 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “onlardan üçü PXDU-nun Asiya fakültəsinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələrdir. Universitetin tədris qaydalarına əsasən xarici dil ixtisası üzrə təhsil alan tələbələr üçüncü kursda öyrəndikləri dilin mənsub olduğu ölkədə bir semestr təhsil almaq öhdəliyinə malikdirlər. Bu çərçivədə “Azərbaycan dili” ixtisası üzrə tələbələr BDU-nun Filologiya fakültəsində bir semestr ərzində təhsil alacaqlar. Sun Yat-sen Universitetinin bir tələbəsi isə magistratura səviyyəsində təhsilini bu tədris ilində BDU-nun Sosial elmlər və psixologiya fakültəsində davam etdirəcək. Bu təşəbbüsün həyata keçirilməsində PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Aqşin Əliyevin mühüm rolu olub”.

Sonra xəbərdə, “BDU-nun rektoru Elçin Babayev Çin universitetlərindən gələn tələbələrlə görüşərək Universitetin tədris mühiti, elmi fəaliyyəti, tələbə həyatı barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, BDU-da təhsil alan əcnəbi tələbələr arasında Çindən olan tələbələr xüsusi yer tutur. Onların təhsil və sosial məsələləri Universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Çinli tələbələr həm də BDU-nun sosial-mədəni həyatında fəal iştirak edirlər” deyə qeyd olunur.

Sonda rektor tələbələrə uğurlar arzulayıb və onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini ifadə edib.

Mission News Theme by Compete Themes.