Press "Enter" to skip to content

Dahi bəstəkarın 140 illiyi qeyd edilib

Dahi bəstəkarın 140 illiyi qeyd edilib

BAYRAQDAR MEDİA – 18 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 140 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İdarədən daxil olub.

Xəbərdə bildirilir ki, “Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Mərkəzin foyesində Ü.Hacıbəylinin obrazı ilə səhnələşdirilmiş kompozisiyanın nümayişi ilə başlanılıb. Konsert proqramında ilk olaraq canlı ifa ilə Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib. Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Ü.Hacıbəylinin həyatı və fəaliyyəti barədə video icmal nümayiş etdirilib”.

Daha sonra xəbərdə, “regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında bəstəkarın unudulmaz sənət əsərləri səsləndirilib, kompozisiyalar, rəqslər və “O olması, bu olsun” filmindən səhnələr təqdim edilib. Azərbaycan musiqi sənətinin ən nadir incilərini yaradan bəstəkarın ölməz əsərlərinin səsləndirildiyi möhtəşəm konsert proqramı izləyicilər tərəfindən alqışlarla qarşılanıb” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.